Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib.
Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən irəli gələn məsələlər müzakirə olunub.
MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.
Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
C.Bayramov 7 fevral tarixində 30 illik işğaldan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar Prezident seçkilərinin baş tutacağını, torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın işğalan azad olunmuş ərazilərimizdə seçkilərdə iştirak edəcəyini bildirib. Habelə xarici ölkələrdəki vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xarici ölkələrimizdəki diplomatik nümayəndəliklərimizdə müvafiq seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ