İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: Danışıqlar prosesində elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır

“Ritorika və addımlar arasında fərq var. Vaxtaşırı müsbət mesajlar eşidirik, ancaq bu ardıcıl deyil və bəzən ziddiyətli olur”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.


O bildirib ki, eyni şəxslərin çıxışlarında ziddiyyətlər mövcuddur: “Danışıqlar prosesində bir xəttin davam etdiyini görmək olmur. Elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır. Ermənistan tərəfi indiyə qədər silahlı birləşmələrini bu ərazidən çıxarılmayıb. Bu kontingentin çıxarılması üçtərəfli bəyanatda qeyd olunmuşdu. Digər məsələ minalarla bağlıdır. Mina partlayışları baş verən ərazilərlə bağlı ümumiyyətlə Ermənistan Azərbaycana mina xəritəsi verməyib. Laçında 2021-ci il istehsalı olan minalar aşkarlanıb. Prosesin ləngiməsi istiqamətində addımlar müşahidə edirik, bunun zərərini elə Ermənistan görür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR