İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı resident əlaqələndiricisi Vladanka Andeyeva ilə görüşüb.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş əsnasında Azərbaycan ilə BMT, eləcə də onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib.

Nazir BMT-nin fəal üzvü olan ölkəmizin təşkilatın qlobal inkişaf təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina təhdidi barədə məlumat verilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bu il Azərbaycanla BMT arasında əlaqələrin 30 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirləri məmnunluqla xatırlayıb. Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə təhsil, səhiyyə, enerji sahələrində və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığı genişləndirmək imkanları nəzərdən keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR