İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyalı qapıçı: "Qarabağ"la qarşılaşmaq istəmirdim"

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offunda "Viktoriya" (Plzen) komandası ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim".

"Report"un məlumatına görə, bunu Azərbaycan təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun qapıçısı Tomaş Vatslik şəxsi feysbuk hesabında yazıb.

33 yaşlı qolkiper ilk vaxtlar bu turniri arzulamadıqlarını bildirib: "Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. "Olimpiakos"un ambisiyaları hər zaman yüksəkdir".

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR