İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya Ukraynadan hərbi xidmətdən yayınanları dəstəkləmir

Çexiya Ukraynadan olan qaçqınları dəstəkləyir, hərbi xidmətdən yayınanları dəstəkləmir.

Musavat.com xəbər verir ki, bu barədə “novinky.cz” xəbər portalı respublikanın xarici işlər naziri Yan Lipavskinin sözlələrinə istinadla məlumat yayıb.

"Çexiya uzun müddətdir ki, öz ərazisində Ukraynadan olan qaçqınları dəstəkləyir və qarşılayır, lakin qanunla müəyyən edilmiş hərbi çağırış öhdəliyindən yayınmağa çalışanları yox", - nazir deyib.

Nazir onu da deyib ki, dövlətin hərbi yaşda olan ukraynalıların vətənlərinə qaytarılması prosesinə təsir imkanları məhduddur.

Portalın məlumatına görə, respublikada müvəqqəti mühafizə statusu ilə qalan Ukrayna vətəndaşları arasında 18-65 yaş arasında olan 94 643 kişi var. Bu mövzunu şərh edən hüquqşünaslar qeyd edirlər ki, mövcud qanunlar çağırışçıların Ukraynaya məcburi qayıtma imkanını nəzərdə tutmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR