İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya hökuməti Türkiyəyə 850 000 avro yardım göndərəcək


“Ötən gün Çexiya səfirliyinin əməkdaşlarının Türkiyə üçün nəzərdə tutulan növbəti yardım qutuları səfir Milan Sedlaçekin müşayiəti ilə təqdim olunub”.

Musavat.com xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumatda həmçinin Çexiya hökumətinin Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım göndəriləcəyi də qeyd olunub:

“Çexiya hökuməti Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım üçün 850 000 avro məbləğində maliyyə yardımı ayırmağa, şəhər axtarış-xilasetmə qrupunun 68 üzvü isə fəlakət bölgəsinə və tibb işçiləri və sığınacaqsız insanlar üçün ləvazimatların gələn həftə Türkiyəyə çatdırılmasına qərar verib.

Dualarımız dağıdıcı zəlzələdən zərər çəkən insanlarladır”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR