İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cərimələrin artırılması çıxış yolu deyil" - Ərşad Hüseynov

"İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərdə kobud qayda pozuntularına görə cərimələrin artırılması nəzərdə tutulur. İlk dəfə olaraq narkotik vasitələr və alkoqollu içkilərin təsiri ilə sərxoş vəziyyətdə avtomobil idarəetməyə görə fərq qoyulur. İndiyə kimi hər iki hala görə məsuliyyət eyni idi. Dəyişikliyə əsasən narkotikin təsiri altında avtomobil idarə edənlərin sürücülük hüququnun 1 ilədək məhdudlaşdırılmasına dair layihə qəbul edilib".

Hüquqşünas Ərşad Hüseynov Musavat.com-a İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən bildirib ki, cərimələrin artırılması bütün problemlərin həlli demək deyil: "Mövcud cərimələrin artırılması sürücülərin məsuliyyətini artırmaq üçün kifayət deyil.

Ərşad Hüseynov: "O qədər siqnala basdılar, qaydanı pozdum..." - FOTO

Ciddi təhlillər aparılıbsa, dəyişikliklər bəzi kobud qayda pozuntularının sayının azalmasına müəyyən dərəcədə təsir edəcək. Hüquq pozuntularının aradan qaldırılması üçün zəminə baxmaq lazımdır. 2018-ci ilin dekabr ayında qəbul edilmiş "Yol hərəkəti təhlükəsizliyinə dair" Dövlət Proqramı tam icra edilməsə də, bir çox məsələlərlə bağlı ən məqsədəuyğun normativ sənəddir. Proqramda yollarda qayda pozuntuları ilə bağlı hər bir məqam təsbit olunub və onların həll olunması istiqamətində tədbirlər qeyd olunub. Tədbirlər sırasında cərimələrin artırılması, sanksiyaların ağırlaşdırılması yoxdur. Əksinə, sürücülərin peşəkarlığı, sürücülük təhsilinin təkmilləşdirilməsi, yollarda təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulub. Sürücülər ilk növbədə təhlükəni, qadağanın niyə tətbiq edildiyini anlamalıdırlar. Bir çox sürücü cərimələrin səbəbini bilmir. Bu baxımdan maarifləndirmə prosedurları təkmilləşdirilməlidir. O cümlədən yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə, avtomobil texnikasından istifadə və s. ilə bağlı problemlər aradan qaldırılmalıdır. Dövlət proqramı icra olunsa, gözlənilən nəticəni əldə etmək mümkündür".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR