Onlayn ictimai-siyasi qəzet
Çin doğum səviyyəsini artırmaq məqsədilə ölkə üzrə yeni maliyyə dəstək proqramına start verir.
Musavat.com xəbər verir ki, yeni təşəbbüs çərçivəsində ailələrə hər uşaq üçün illik 3600 yuan (təxminən 500 ABŞ dolları) müavinət veriləcək.
Bu yardım uşaq üç yaşına çatana qədər ödəniləcək. Əvvəlki regional proqramlardan fərqli olaraq, bu dəfə güzəştlər yalnız ikinci və üçüncü uşaqlara deyil, həm də ilk doğulan körpələrə şamil olunacaq.
Bu addım son illərdə ölkədə doğum göstəricilərinin kəskin azalması fonunda atılıb. Belə ki, 2016-cı ildə 17,9 milyon olan doğum sayı 2024-cü ildə cəmi 9,54 milyona düşüb. Hazırda Çində doğum nisbəti 1,2-dir ki, bu da əhalinin təbii artımı üçün kifayət etmir.
Qeyd edək ki, Çin yalnız 2021-ci ildə üçüncü və daha çox uşaq dünyaya gətirən ailələrə tətbiq olunan cərimələri ləğv edib.
Musavat.com
09 Avqust 2025
00:18 Vaşinqtonda tarixi sənəd imzalandı – ABŞ, Azərbaycan və Ermənistan yeni dövrə başlayır - VİDEO
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ