İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceremi Hant Böyük Britaniyanın maliyyə naziri təyin edilib

Ceremi Hant Böyük Britaniyanın maliyyə naziri təyin edilib.

AZƏRTAC xəbər verir ki, maliyyə naziri Kvasi Kvartenqin vəzifəsindən azad edilməsindən sonra eks Xarici işlər naziri Ceremi Hant bu vəzifəyə gətirilib.

Hant bu il ərzində təyin olunan dördüncü maliyyə naziridir.

Bu gün vəzifəsindən uzaqlaşdırılan Kvartenq 38 günlük vəzifə müddəti ilə Britaniya tarixində ən qısa müddətdə vəzifə tutan ikinci maliyyə naziri olub.

Qeyd edək ki, Böyük Britaniyanın 1970-ci ildə maliyyə naziri təyin olunan Lain Macleod vəzifəyə gəldikdən 30 gün sonra ürək tutmasından vəfat etmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR