İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda vəziyyət gərginləşə bilər - XƏBƏRDARLIQ

"Lokal antiterror tədbirlərindən sonra sabitlik, əmin-amanlıq yaranıb. Qondarma cinayətkar rejimin varlığına son qoyulması ilə yaranan yeni reallıq bizə Ermənistanla yekun sülh sazişi imzalamağa imkan verir".

metin.jpg (38 KB)

Bunu Musavat.com-a politoloq Mətin Məmmədli deyib.

O, yeni reallığın yeni təhdidlər yaratdığına diqqət çəkib:

"Aparıcı dünya dövlətlərinin, xüsusilə Fransanın siyasəti Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir. Fransanın Azərbaycana qarşı apardığı təbliğat kampaniyası, səsləndirdiyi əsassız ittihamlar, Ermənistanı açıq şəkildə müdafiə etməsi, bu ölkə ilə hərbi əlaqələrini dərinləşdirəcəyi ilə bağlı son açıqlamalar yeni münaqişə yarada bilər. Azərbaycan haqlı və qalib dövlət olaraq bölgədə davamlı sülhün olmasında maraqlıdır".

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR