Onlayn ictimai-siyasi qəzet
İranın idman naziri Əhməd Dünyamalı Cənubi Koreyada ölkənin yüngül atletika komandasının üzvlərinin törətdikləri cinayət əməlinə görə parlamentə çağırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" Telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, nazirin çağırılması Cənubi Koreyada keçirilən Asiya Oyunları zamanı İranın yüngül atletika üzrə milli komandasının bir neçə üzvünün cinsi zorakılıq və telefon oğurlaması səbəbindən saxlanılmaları ilə əlaqəlidir.
Qeyd edək ki, Asiya çempionatında iştirak etmək üçün Cənubi Koreyaya gedən İran atletika komandasının üzvlərindən iki idmançı və bir məşqçi 20 yaşlı qadına cinsi zorakılıq göstərdiyi üçün həbs edilib.
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ