İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyada FƏLAKƏT – minillik Budda məbədi yandı

Cənubi Koreyanın Sançxon bölgəsində martın 21-də başlayan iri meşə yanğınları güclü külək səbəbindən sürətlə qonşu rayonlara yayılıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər həlak olub, 6 nəfər isə ciddi xəsarət alıb, onların əksəriyyəti ağır vəziyyətdədir.

Yanğınlar minillik tarixə malik Uqramsa Budda məbədini də məhv edib. Bu məbəd Silla sülaləsi dövründə tikilmişdi. Buna baxmayaraq, monarxlar bir neçə unikal müqəddəs əşyaları xilas edə biliblər.

Ümumilikdə, yanğınlar artıq 3.200 hektardan çox meşə sahəsini məhv edib. Bununla yanaşı, ölkənin hökuməti milli fəlakət vəziyyəti elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR