İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonerlərin yarıdan çoxu bu ölkəni tərk edə bilər

Britaniya milyonerlərinin yarıdan çoxu hökumət yeni sərvət vergisi tətbiq edəcəyi təqdirdə başqa ölkəyə köçə bilər.

Musavat.com xəbər verir ki, məlumatı “Arton Capital” konsaltinq firmasının sorğusuna istinadən Bloomberg agentliyi yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin təxminən 60 faizi köçdükləri təqdirdə həyat standartlarının yaxşılaşacağına inanırlar. Amerika Birləşmiş Ştatları aparıcı potensial təyinatdır, ondan sonra Kanada, Avstraliya və BƏƏ gəlir. Bu seçim aşağı vergilər və ingilis dilli mühitlə izah olunur.

“Arton Capital” sorğusu iyulun sonundan avqustun əvvəlinə qədər ən azı 1 milyon funt-sterlinq (1,4 milyon dollar) gəliri olan mindən çox Böyük Britaniya vətəndaşı arasında aparılıb.

“Bloomberg”in yazdığına görə, Böyük Britaniyanın maliyyə naziri Rachel Reeves 20-25 milyard funt sterlinq (27-33 milyard dollar) büdcə boşluğunu doldurmağa çalışır. Böyük Britaniya Xəzinədarlığı gəlir vergisi, ƏDV və ya milli sığortanın artırılmasını nəzərdən keçirmir, lakin payız büdcəsində mümkün sərvət vergisi ilə bağlı şayiələri də inkar etmir.

Böyük Britaniyada bir sıra vergilər üzrə daha yüksək dərəcələr aprelin 1-dən qüvvəyə minib. Xüsusilə hakimiyyət orqanları bələdiyyə vergisini 5 faiz, işəgötürənlər üçün milli sığorta sisteminə töhfələrin məbləğini artırıb, kapital artımı vergisini artırıb, qeyri-rezidentlər üçün güzəştli vergi rejimini ləğv edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR