İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya parlamenti birinci xanıma qarşı qanun layihəsini rədd edib

Cənubi Koreya Respublikasının Milli Assambleyası ölkənin birinci xanımı Kim Qun Hinin faəliyyətinin təhqiqatına dair qanun layihəsini rədd edib.

Musavat.com YTN telekanalın istinadla xəbər verir ki, bu deputatların səsverməsinin nəticələrinin açıqlanmasından sonra bəlli olub.

Müxalifət ölkə prezidentinin həyat yoldaşı Kim Qun Hini qiymətli kağızlarla bağlı fırıldaqlarda və parlament üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə müdaxilədə şübhəli bilir.

Birinci xanımla bağlı təhqiqatın aparılmasının lehinə 198 deputat səs verib, 102 deputat isə layihənin əleyhinə olub.

Xatırladaq ki, dekabrın 3-də ölkədə fövqəladə vəziyyat elan etmiş, sonra öz fərmanını geri oxumuş prezident Yun Sok-Yolun impiçment ounması barədə müzakirələr də bu gün keçirilməli idi. Yaxın saatlarda yəqin ki, bu barədə də xəbər yayılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR