İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya KXDR-ə humanitar yardım göndərməyə hazırdır

Koreya Respublikasının yeni Prezidenti Yun Sok Yol administrasiyası koronavirus infeksiyasına ilk yoluxma halının qeydə alındığı Şimali Koreyaya humanitar yardım göndərilməsi imkanlarını nəzərdən keçirir.

AZƏRTAC Newsis informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın prezident ofisinin nümayəndəsi bildirib.

Mayın 12-də KXDR-də koronavirusa ilk yoluxma qeydə alınıb. Koreya Mərkəzi Xəbər Agentliyi ölkə ərazisində COVID-19 infeksiyasının “stels-omikron” variantı kimi tanınan BA.2 ştamına yoluxma halının aşkarlandığı barədə məlumat yayıb. Bu səbəbdən Şimali Koreya lideri Kim Çen In bütün ölkə ərazisində karantin rejiminin tətbiq olunması barədə göstəriş verib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR