İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib

Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib.

“Report”un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yardım üçün 4 məntəqə yaradılıb.

Bu məntəqələrdə müxtəlif ərzaq, isti geyim, konservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar toplanılıb.

Yardımlar könüllülər tərəfindən çeşidlənib, qablaşdırılıb və avtomobillərə yüklənib.

Daha sonra toplanan humanitar yardım Cəlilabaddan Bakıya yola salınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR