İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçenistana PUA hücumu: Yaralılar var

Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün paytaxt Qroznının mərkəzində pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücum nəticəsində bir neçə nəfərin xəsarət aldığını açıqlayıb.

Musavat.com xəbər verirki, hadisə zamanı şəhərin müxtəlif obyektləri ziyan görüb. Kadırovun sözlərinə görə, hücum nəticəsində yanacaqdoldurma məntəqəsi və polis alayının binasının damı zədələnib. O, hadisənin mülki əhalinin təhlükəsizliyinə ciddi təhdid yaratdığını vurğulayıb.

"Bu gün onlar şəhərin mərkəzinə pilotsuz təyyarə ilə zərbələr endiriblər. Onlar yanacaqdoldurma məntəqəsini, polis alayının damını dağıdıblar. Mülki əhali xəsarət alıb", - deyə Kadırov bildirib.

Hadisənin səbəbləri və arxasında kimin dayandığı ilə bağlı araşdırmalar davam edir. Təhlükəsizlik tədbirləri gücləndirilib, hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almaq üçün səfərbər edilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR