İnsanlara hürriyət, millətlərə istiqlal!

CDC: Amerikalıların 67 faizi qapalı məkanlarda maska taxmalıdır

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni tövsiyəsinə görə, amerikalıların əksəriyyəti qapalı məkanlarda olarkən maska taxmalıdır və ya, ən azında maska taxmağı nəzərə almalıdırlar.

AZƏRTAC xəbər verir ki, CDC-nin verdiyi məlumata görə, ABŞ əhalisinin 67 faizindən çoxu "yüksək və ya orta COVID-19 icma səviyyəsində” idi. “COVID-19 icma səviyyəsi” yeni koronavirusa yoluxma hallarının, xəstəxanaya yerləşdirilmələr və imkanlarının tutumunun azaldımasını qeydə alan ölçüdür.

CDC-nin verdiyi tövsiyyəyə görə, “yüksək səviyyədə” müəyyən edilən insanlar ictimai qapalı məkanlarda maska taxmalıdırlar. “Orta səviyyədə”yə aid olan insanlar isə yoluxma riskinin yüksək olduqları halda qapalı məkanlarda maska taxmağı düşünməlidirlər.

CDC bildirib ki, ABŞ əhalisinin 22 faizi yüksək səviyyədə, 45 faizi isə orta səviyyədə müəyyənləşdirilmiş əyalətlərdə yaşayır. Üç həftə öncə əhalinin təxminən 18 faizinin “yüksək icma səviyyəsinin” kateqoriyasına və təxminən 28 faizinin “orta icma səviyyəsinə” aid idi. Bu isə müqayisədə qısa zamanda artım anlamına gəlir.

ABŞ-da hər gün orta hesabla 100 000-dən çox yeni koronavirusa yoluxma hadisəsi qeydə alınır ki, bu da bir ay əvvəl orta hesabla 77 000 və iki ay əvvəl təxminən 30 000 idi. Bu da ciddi artımın göstəricisidir. Ölkənin cənub və qərb ştatlarında xəstəxanaya yerləşdirmələr artır, lakin şimal-şərq ştatlarında azalır. Koronavirusdan ölümlə nəticələnən halların sayı gündə 300-dən azdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR