İnsanlara hürriyət, millətlərə istiqlal!

Çay evində bir nəfəri döyən şəxslər saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR