İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan bu ölkələrə maraqlı TƏŞƏKKÜR MESAJI - VİDEO

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələlərdən sonra Türkiyəyə yardıma tələsən dünya ölkələrinin axtarış-xilasetmə qruplarına öz dillərində təşəkkür edib.

Musavat.com xəbər verir ki, XİN rəhbərinin sosial mediada paylaşdığı videoda Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycandan sonra əlifba sırası ilə ölkələrin xilasetmə qruplarının şəkilləri göstərilib və videonun alt hissəsində hər ölkəyə öz dilində təşəkkür edilib.

Çavuşoğlu videonu “Dost qara gündə bəlli olar! Şükran…” şərhi ilə paylaşıb.

Bundan başqa, türkiyəli nazir dünən verdiyi açıqlamada bildirib ki, Türkiyəyə 102 ölkə yardım təklif edib: "Meydanda bizə 88 ölkə kömək etdi. Axtarış-xilasetmə və səhra xəstəxanası kimi bir çox mövzuda dəstək verdilər. 23 ölkə öz missiyasını başa vurub gedib. 65 ölkə bu sahədə işlərini davam etdirir. Ümumilikdə 11 min 302 xarici personal gəldi, onlardan 5 min 377 nəfəri hələ də meydandadır”.

Mövlud Çavuşoğlunun sözügedən paylaşımını təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR