İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "Türkiyə və Azərbaycanın mövqeyi yüksəlib"

“Ukraynadakı müharibəyə görə Asiya məhsullarının Rusiya üzərindən Avropa bazarlarına çatdırılması qeyri-mümkün görünür. Buna görə də Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit əhəmiyyəti yüksəlib”.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz logistika və enerji sahəsində birgə işləməliyik. Bu, regionumuzun iqtisadi inkişafı və sabitliyi, beynəlxalq bazarlar baxımından əhəmiyyətli və regionumuzun enerji bazasına çevrilməsi baxımından son dərəcə vacibdir”, - Çavuşoğlu deyib.

Bir neçə gün əvvəl Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirləri toplantısının keçirildiyini qeyd edən Çavuşoğlu bildirib ki, avqustun 2-də Türkiyə-Azərbaycan-Özbəkistan toplantısı təşkil olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR