İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu: "Ceyhun qardaşımın ayağı uğurlu oldu"

"Azərbaycandan Türkiyənin yardıma gələn heyət 900 nəfərdir. Amma bilirəm ki, Azərbaycandan hər kəs könüllü olaraq bura gəlmək istəyir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

"Xilasetmə işləri davam edir. Bir az öncə qardaşım Ceyhunla azərbaycanlı xilasediciləri ziyarət etdik. Qardaşımın ayağı uğurlu gəldi. Bu gün azərbaycanlı qardaşlarımızın xilaestmə işləri nəticəsində iki uşağı dağıntılar altından sağ çıxardılar. Həmin uşaqların qardaşlarından da xəbər olduğunu dedilər. Bir az öncə o da sağ çıxarıldı. Əməyi olan hər kəsdən Allah razı olsun" - nazir bildirib. /Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR