Onlayn ictimai-siyasi qəzet
“1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam”.
Bu sözləri ARB TV-də yayımlanan verilişlərdən birində Əməkdar artist Cavanşir Məmmədov deyib.
Müğənni maddi imkanı yaxşı olan tanınmışlardan danışarkən özünü də onlara aid edib:
“Mən kiminsə pulunu saymıram. Mənim özümün də yaxşı imkanım olub həmişə. Övladlarıma təhsil vermişəm, evlər almışam, maşın həvəskarı idim deyə maşınlar almışam. Hazırda Nizami küçəsində iki evim var. 1988-ci ildən bəri hər şeyimi dəyişmişəm, evimi, maşınımı, bircə arvadımdan başqa”. (ölkə.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ