Onlayn ictimai-siyasi qəzet
Aprelin 18-də Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bild" nəşri mənbələrinə istinadən yazıb.
Buna səbəb Bavariyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanılması olub.
"Xarici işlər naziri Annalena Berbok Rusiya səfirini XİN-ə çağırıb. Bu addım Bavariyada casusluqda şübhəli bilinən iki nəfərin həbsindən sonra atılıb", - deyə nəşr yazır.
Bundan əvvəl Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə gizli kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinən iki nəfərin saxlandığını təsdiqləyib.
Rusiyanın Berlindəki səfirliyindən “İzvestiya”ya verilən məlumata görə, diplomatik nümayəndəliyə Rusiya vətəndaşlarının Almaniyada saxlanması barədə bildiriş daxil olmayıb.
Qeyd olunub ki, saxlanılanlardan biri ABŞ-ın Almaniyadakı hərbi obyektlərini araşdırıb və fotoşəkillərini çəkib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ