Onlayn ictimai-siyasi qəzet
Gözlənildiyi kimi, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Belə adamlar işsiz qalmırlar. Qarabağ separatçılarının lideri Araik Arutunyan Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. Bu separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır.
Ekspertlər hesab edir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra "vəzifədən" kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır. Onların fikrincə, Vardanyanın nun imkanı olsa Qarabağı da tərk edər. Böyük ehtimalla Arayik Arutunyanın yerini Ruben Vardanyan tutacaq. Bu, Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçıların başına, hər şey plan üzrə gedərsə, Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi.
Qarabağla bağlı nə baş verir? Araik Arutunyan “aradan çıxır”, bizi Vardanyanla tərəf müqabili etməyə hazırlaşırlar? Sülhlə bağlı müzakirələr gedən ərəfədə Paşinyan niyə atəşkəsə riayət etmir?
Bu və gündəmdəki bir çox sualları bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə millət vəkili Razi Nurullayevlə ReAL Partiyasının icra katibi Natiq Cəfərli iştirak edəcək.
Tamaşaçılarımız da sual və şərhləri ilə efirə qatıla bilərlər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ