Onlayn ictimai-siyasi qəzet
Çanaqqala boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yerli vaxtla səhər saat 09:00-da Dardanel boğazında qatı duman səbəbindən hər iki istiqamətdə daşıma dayandırılıb. Çanaqqala boğazı Egey dənizini Mərmərə dənizi ilə və Boğaziçi vasitəsilə Qara dənizlə birləşdirir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ