Onlayn ictimai-siyasi qəzet
Törətdiyi qəza zamanı 2 yaşlı oğlunun ölümünə səbəb olan şəxs hakim qarşısına çıxıb. Maşının qəzaya uğramasının səbəbi camışla toqquşması olub.
Musavat.com xəbər verir ki, Rəşad Mustafayevin idarə etdiyi “Vaz 21063” markalı minik avtomobili Ağsu rayon Növcü kəndi ərazisində camışla toqquşub.
Qəza zamanı onun 2 yaşlı oğlu Mehrac Mustafayev ölüb. Avtomobildə olan xanımı və anası isə xəsarət alıb.
Rəşad Mustafayev ifadə verən zaman deyib ki, camış anidən yola çıxdığı üçün qəzanın qarşısını ala bilməyib. Maşın camışa dəydikdən sonra aşıb.
Zərərçəkmiş şəxslər Rəşad Mustafayevdən şikayətçi olmayıb.
Məhkəmə Mustafayev barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun cəzası şərti hesab edilib.
İ.Muradov
Musavat.com
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ