Onlayn ictimai-siyasi qəzet
Ermənistanda revanşist “Ayakve” təşkilatının həmtəsisçisi Avetik Çalabyana qarşı birinci instansiya məhkəməsinin çıxardığı qərar Apellyasiya Cinayət Məhkəməsi tərəfindən ləğv edilib və iş yeni istintaqa göndərilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Avetik Çalabyanın vəkili Varazdat Arutyunyan mətbuat konfransında bildirib.
Vəkilin sözlərinə görə, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin iddiaları ilə böyük ölçüdə razılaşıb. Lakin Cinayət Apellyasiya Məhkəməsi ittihamlarla bağlı faktların olmadığını təsdiqləsə də, Avetik Çalabyana bəraət qazandırmayıb.
Qeyd edək ki, Çalabyan Ermənistanda qatı revanşist və müharibə tərəfdarlarından sayılır.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ