İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF rəhbərindən ŞOK XƏBƏRDARLIQ: "2023-cü il dünya iqtisadiyyatı üçün çətin olacaq"

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva xəbərdarlıq edib ki, 2023 dünya iqtisadiyyatının böyük hissəsi üçün çətin il olacaq.

Musavat.com xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun prezidenti "CBS" televiziyasına müsahibəsində qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

BVF-nin 2023-cü ildə tənəzzüllə bağlı gözləntiləri ilə suala Georgiyeva, "Dünya iqtisadiyyatının çox hissəsi üçün bu il, geridə qoyduğumuz ildən daha çətin olacaq",-deyə cavab verib.

Georgiyeva buna səbəb kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi 3 böyük ölkənin iqtisadiyyatının yavaşlamasını göstərib.

Eyyni zamanda ABŞ-ın ən dözümlü olduğuna diqqət çəkən Georgiyeva, ölkədə əmək bazarının kifayət qədər güclü olduğunu, ABŞ iqtisadiyyatının tənəzzüldən sağ çıxa biləcəyini bildirib. 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR