Onlayn ictimai-siyasi qəzet
Bu gün ATƏT PA-nın 31-ci İllik Sessiyası Buxarestdə işə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın ATƏT PA-da Nümayəndə heyəti və ATƏT yanında Daimi nümayəndəliyi Sessiyada iştirak edir.
İyulun 3-nə kimi davam edən Sessiyada ATƏT PA-nın Əsas Komitələrinin Qətnamə layihələri, 16 Əlavə Bənd layihələri və Assambleyanın siyasi gündəliyində olan məsələlər müzakirə olunacaq, ATƏT PA-nın prezidenti, vitse-prezidentləri, Komitə sədrləri və digər rəsmi vəzifələrə seçkilər keçiriləcəkdir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ