Onlayn ictimai-siyasi qəzet
Milyonçu, milyarder, trilyonçu kimi titulların üstündən tullanaraq bir neçə dəqiqə ərzində kvadrilyonçu oldu, lakin bu röyası çox qısa sürdü.
Maraqlı bir yüksəliş və qəfil eniş hekayəsini təqdim edirik.
ABŞ-ın Pensilvaniya ştatının Delaver dairəsində yaşayan 56 yaşlı Kris Reynolds 2013-cü ilin iyul ayının səhəri Paypal hesabını açanda gözlərinə inanmayıb.
Onun hesabında tam 92 kvadrilyon dollar var idi və buna görə də o, "dünyanın ən varlı adamı" və daha da əhəmiyyətlisi "yeganə dollarlıq kvadrilyoner" olub…
Reynolds rəsmi olaraq o zaman sərvəti 67 milyard dollar olan telekommunikasiya maqnatı Karlos Slimdən təqribən “bir milyon dəfə” varlı idi. O, CNN-ə açıqlamasında həmin anla bağlı bunları deyib:
"Maraqlı hissdir. Fikirləşdim ki, kimsə mənimlə zarafat edir..."
Bu məbləğ, şübhəsiz ki, əvvəllər eBay-də işlənmiş avtomobil şinləri sataraq bir anda 1000 dollardan bir qədər çox qazanan biri üçün böyük şok idi.
Ancaq bütün yaxşı şeylər sona çatdığı kimi, PayPal səhvini tez başa düşüb, problemi həll edib və Reynoldsdan səbəb olduğu "narahatlığa"görə üzr istəyib.
“Paypal”ın təklifi
Paypal verdiyi açıqlamada "Bu, açıq-aydın bir səhvdir və ümid edirik ki, cənab Reynolds bunu başa düşəcək" ifadələrini işlədib.
Onlayn ödəniş xidməti həmçinin Reynoldsun seçdiyi bir xeyriyyəçiliyə müdaxilə üçün bir qədər pul bağışlamağı təklif edib.
O pul onun olsaydl nə edərdi?
Reynolds pulu saxlaya bilsə nə edəcəyini soruşan jurnalistlərə deyib:
"Ölkəmin bütün borclarını ödəyərdim".
Təbii ki, bununla da kifayətlənməyib, başqa bir arzusu vardı...
Əlavə edib ki, yaxşı qiymət təklif edilsə, o, peşəkar liqada yarışan beysbol komandası olan “Philadelphia Phillies”i alacaqdı.
Təəssüf ki, bütün bunlar qısa müddətli arzu idi.../Lent.az
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ