İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün gözlər AZƏRBAYCANDA – Ərdoğanın BU MESAJI dünyada əks-səda doğurdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşa mesajı dünya mətbuatında böyük əks-səda doğurub.

Musavat.com xəbər verir ki, Fransanın Agence France-Presse (AFP) xəbər agentliyi bu səfərə geniş yer ayırıb.

Nəşr Ərdoğanın Şuşa mesajına diqqət çəkib:

64894aa74e3fe02ac015fa57.jpg (87 KB)

“İstədiyiniz zaman Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Şuşada Baş Konsulluğumuz açılsa, bu, bütün dünyaya, xüsusən də Ermənistana fərqli mesaj olacaq".

Beynəlxalq xəbər agentliyi yazır ki, Ankaranın Bakıya qırıcı təyyarə tədarükü Azərbaycanın 2020-ci ildə Ermənistanla mübahisəli Qarabağ bölgəsinə nəzarət uğrunda müharibədə qələbə qazanmasına kömək edib.

ABŞ mərkəzli Associated Press (AP) xəbər agentliyi də Ərdoğanın Azərbaycana səfərindən bəhs edən məqalə dərc edib.

64894ad14e3fe02ac015fa60.jpg (43 KB)

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi 2020-ci ildə Azərbaycanın erməni silahlı birləşmələrindən aldığı Şuşa şəhərində konsulluq açmağa hazırdır”, - məlumatda deyilir.

AP bildirib ki, Ərdoğanın Şuşada konsulluğun açılması barədə açıqlamaları dünyaya və Ermənistana mesajdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR