İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bütün arsenalımız Ukraynadadır, özümüzü müdafiə etməyə silahımız qalmayıb"

“Hazırda sursatımız yoxdur, demək olar ki, bütün sursatlarımız Ukraynadadır. Ordumuzu yenidən qurduq, çoxlu silah-sursatımız var idi. İndi özümüzü qorumaq üçün çox az silahımız qalıb”, - deyə o bildirib.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında Respublikaçılar Partiyası tərəfdarları ilə görüşu zamanı etdiyi çıxışında deyib.

Tramp prezident seçkilərinə az qalmış müharibəni bitirə biləcəyini iddia edib:

“Hətta prezident seçkilərində qalib gəlməzdən əvvəl Rusiya ilə Ukrayna arasındakı müharibəni həll edəcəm. Bunu tez edəcəyik. Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi. Ölənlərin hamısı bu gün sağ olardı. Rəqəmlər eşitdiyinizdən qat-qat çoxdur. Hər yerdə dağılmış binaları görə bilərsiniz. Bu hücumlarda yüzlərlə, hətta minlərlə insan həlak oldu. Yüz minlərlə insan öldürülür. Mən vəzifəyə başlamazdan əvvəl bu vədimi çox tez yerinə yetirəcəyəm”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR