İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

Bu barədə Musavat.com-a 
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən məlumat verilib.

Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR