Onlayn ictimai-siyasi qəzet
Hər il 3 dəfə geriləmə dövrünə girən "Merkuri Retrosu" dekabrın 12-də başlayıb.
Astroloqlar Merkurinin bu dövrdə gücünü itirməyə başladığını bildirir. Buna görə də belə zamanlarda yeni təşəbbüslər uğurlu ola bilməz.
"Retro"da hansı planet iştirak edirsə, həmin dövrdə onun təmsil etdiyi mövzuları etmək doğru sayılmır. Dekabrın 12-dən başlayan bu proses nəticəsində Merkuri Oğlaq bürcündə geriyə doğru hərəkətlənir və ilin sonuna qədər bu davam edəcək.
Bu dövrdə ünsiyyət problemləri və anlaşılmazlıqlar yarana bilər. Astroloqlara görə, zehnin yenilənməsi mənasını verən "Merkuri Retrosu", xüsusilə münasibətlərdə, imza tələb edən vəziyyətlərdə, estetika və gözəlliklə bağlı məsələlərdə əlavə ehtiyat edilməli bir dövrdür.
Yanvarın 3-ə qədər davam edəcək "Merkuri Retrosu" xüsusilə Oxatan, Oğlaq, Buğa, Tərəzi, Balıq və Qız bürcündə olan şəxslərə güclü təsir göstərə bilər. Sadalanan bürclərin bu dövrdə çox diqqətli olması tövsiyə edilir.(Yenisabah.az)
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ