İnsanlara hürriyət, millətlərə istiqlal!

Burak Özçivitin İngiltərədəki tədbiri ləğv edildi: Polis icazə vermədi - FOTO

Burak Özçivitin tanıtım siması olduğu ətir markasının Pakistanda yaratdığı izdiham görüntüləri İngiltərədəki tədbirin təhlükəsizlik səbəbilə ləğv edilməsinə səbəb olub.

İngiltərə polisi Burak Özçivitin Bredford şəhərindəki “The Broadway” ticarət mərkəzində keçiriləcək təqdimat mərasimində təhlükəsizliyi təmin edə bilməyəcəklərini bildirib. Bundan sonra tədbir ləğv edilib.

Polisdən qeyd edilib ki, Burak Özçivitin Pakistandakı çıxışı zamanı olduğu kimi, bənzər xaotik mühit yarana bilər.

Ticarət mərkəzi bununla bağlı açıqlamasında polisin tövsiyəsinə əməl etdiklərini deyib.

“Təəssüf ki, Burakın tədbirinin təhlükəsizlik səbəbilə ləğv edilməsinə qərar verildi. Bu qərarın səbəb ola biləcəyi məyusluğa görə üzr istəyirik”, - deyə “The Broadway”in açıqlamasında qeyd edilib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR