İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunu MÜTLƏQ YOXLAYIN: Əks halda ölümlə nəticələnə bilər

Karotis arteriyaların (şahdamar) tıxanması həyat üçün təhlükəlidir.

Musavat.com xəbər verir ki, Türkiyənin məşhur ürək-damar cərrahı, professor Bilgin Emrecan karotis arter stenozunun əlamətləri haqqında məlumat verib və əhəmiyyətli xəbərdarlıqlar edib.

B. Emrecan qeyd edib ki, karotid arteriya stenozu həyat itkisi və ya ifliclə nəticələnə bilən təhlükəli xəstəliklərdir:

“Beyinin bir hissəsinə qan dövranının bir neçə dəqiqədən çox kəsilməsi ilə həmin nahiyədəki beyin hüceyrələri məhv olur və xəstədə, müvəqqəti olaraq qol və ayaqlarda uyuşma, halsızlıq əlamətləri müşahidə edilir. Bu simptomların bəziləri müvəqqəti ola bilər, bəziləri isə bir neçə dəqiqə ərzində keçir. Bu vəziyyət müvəqqəti işemik hücum adlanır. Yaranan laxta öz-özünə və ya müalicə ilə əriyir və damar sistemi yenidən düzgün işləməyə başlayır".

Həkim bildirib ki, damar sistemi düzgün işləməsə, insult və ya iflic baş verəcək:

"İnsult əlilliyin və ölümün əsas səbəblərindən biridir və karotis arteriya stenozu və ya karotis stenozu insultun ən başlıca, lakin qarşısı alına bilən səbəblərindən biridir. Bu, həm də ürək xəstəlikləri və xərçəngdən sonra ən çox görülən ölüm səbəbidir. Ölüm və ya ifliclə nəticələnə bilən təhlükəli xəstəliklərdən biri olan karotis arteriya daralmasının qarşısının alınması üçün mütəmadi olaraq müayinələrdən keçmək vacibdir. Yüksək təzyiq, şəkər, yüksək xolesterolu olanlara, həmçinin insult və ya infarkt keçirən xəstələrə doppler ultrasəs müayinəsindən keçməyi tövsiyə edirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR