İnsanlara hürriyət, millətlərə istiqlal!

Bundesverdə silah çatışmazlığı hiss olunur

Almaniyanın köhnə silahları Ukraynaya göndərməsi və onların müasir silahlarla əvəz edilməsi ilk baxışda Bundesverin silah təchizatının yenilənməsi proqramında əla sxem təsiri bağışlayır. Lakin bu sxem bir ciddi problemi üzə çıxarıb: silah təchizatının yenilənməsi, necə deyərlər, “qoğal bişirmək” deyil, zəruri həcmdə ən yeni silahlar istehsalı üçün illər tələb olunur.

Bu mövzu xeyli vaxtdır ki, alman tabloidlərinin və gündəlik qəzetlərin səhifələrindən düşmür. Görünür, ölkənin hərbi sənaye kompleksində heç kəs belə qısa müddətdə bu dərəcədə iri sifarişləri icra etməyə hazır deyil.

AZƏRTAC xəbər verir ki, Bundesverin yenidən təchiz edilməsi üçün 100 milyard avroluq fond ayrılmasına baxmayaraq, bu gün ordunun maddi hazırlıq dərəcəsi fevralın 24-də olan vəziyyətdən yuxarı deyil. Ukraynada müharibə başlananda AFR Müdafiə Nazirliyində həyəcan təbili çalındı ki, ordu “boşdur” və qoşunları əlavə silahlandırmaq lazımdır. Lakin o vaxtdan bəri vəziyyət yaxşılaşmayıb. Əksinə, ordunun ehtiyatlarında olan silahların Ukraynaya verilməsi, yeni problemlər yaradıb. İndi boşluğu doldurmaq üçün vaxt lazımdır. Ayrılmış fond hesabına alman qoşunlarının tam təmin olunması üçün illər lazımdır.

Paltar, dəbilqələr, gecəgörmə cihazları, müasir radiostansiyalar qıtlığı hiss olunur. Piyadaların döyüş maşınları, orta qüvvələr üçün təkərli maşınlar, yeni helikopterlər, pilotsuz uçuş aparatlarından qorunma vasitələri sarıdan böyük ehtiyac var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR