İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu vətəndaşlar müsahibəyə dəvət olunurlar - Xanım Məmmədova AÇIQLADI 

“Əlavə təhsil almaq üçün qeydiyyatdan keçən vətəndaşlar arasında seçim zamanı əsasən ilkin tibbi təhsili olanlara, qeyri-tibb təhsili olub tibb müəssisələrində kiçik tibb işçisi, qeydiyyatçı və ya statistik kimi fəaliyyət göstərən vətəndaşlara, apteklərdə çalışanlara, tibb təhsilinə yaxın fənlər üzrə təhsil almış məzunlara üstünlük verilir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böyük mütəxəssisi Xanım Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, bundan əlavə, boş yerlər qaldıqda digər ixtisas yönümlü vətəndaşlar da qəbul olunurlar:

“Əlavə təhsil almaq üçün portal.edu.az internet səhifəsi üzərindən qeydiyyatdan keçən vətəndaşlar müsahibəyə dəvət olunurlar. Kollecin Müsahibə Komissiyasının üzvləri tərəfindən vətəndaşların təqdim etdiyi sənədlər yoxlanılır”.

X.Məmmədova bildirib ki, müsahibə zamanı sənəd verən vətəndaşların yaşı, tibb sahəsinə olan həvəsi, iş yerinin xüsusiyyəti haqqında məlumat toplanılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR