İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu təşkilat Rusiyanı “qara siyahı”ya salmağa hazırlaşır: Moskva təlaşda  


Rusiya bütün mümkün yollarla FATF(Çirkli pulların yuyulmasına qarşı Maliyyə Tədbirləri üzrə işçi qrup - Financial Action Task Force ) təfindən “qara siyahı”ya salınmasının qarşısını almağa çalışır. Bloombergin yazdığına görə, Moskva təşkilata üzv olan onlarla ölkəyə belə qərarın lehinə səs verəcəkləri halda münasibətlərə xələl gələcəyinə dair xəbərdarlıq edib. Bu ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Meksika və digərləri var.

Qlobal səviyyədə çirkli pulların yuyulmasına qarşı mübarizənin əlaqələndirilməsi məqsədilə yaradılan FATF-ın hazırda 37 üzvü var. Rusiya qrup üzvlüyünə 2003-cü ildə qəbul olunub. Ukraynaya işğalçı hücumuna görə 2023-cü ilin fevralında Rusiyanın qrupun işində iştirakı dayandırılıb. Bu, təşkilat tarixində ilk belə hadisədir.


İyunun 19-23-də qrup üzlərinin plenar iclası keçiriləcək. Hələlik qrupdan Rusiyanın qara siyahıya salınması məqsədi barədə hər hansı açıqlama verilməyib. Lakin Ukrayna bu məsələni qaldırıb və onu dəstəkləyən dövlətlər də var.

Bunun qarşısını almaq üçün Rusiya qrup üzvü olan ticarət tərəfdaşlarını faktiki şantaj edir. Məsələn, Türkiyə və BƏƏ-yə bildirilib ki, Rusiya qara siyahıya salınsa, bu ölkə ilə ticarətlərində, həmçinin investisiyalarda öz ÜDM-lərinin 1 faizi həcmində azalma baş verəcək. Hindistana xəbərdarlıq edilib ki, neft və müdafiə sənayesindəki əməkdaşlıq zərər görəcək və sair.

Qeyd edək ki, FATF-ın qara siyahısına düşən ölkələrlə həyata keçirilən bütün növ maliyyə əməliyyatları çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədli ən dərin yoxlamalardan keçirilməlidir. Bu isə həmin əməliyyatların reallaşma müddətini dəfələrlə artırır. İndiyədək yalnız Şimali Koreya,İran və Myanma qara siyahıya salınıb.

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, FATF-ın qara siyahısına düşmək Rusiyanın xarici ticarətinə böyük zərbə vuracaq. Buna görə də Rusiya Mərkəzi Bankı əlində olan bütün imkanlarla ölkənin qara siyahıya salınması üçün hər hansı əsasın olmadığını üzv dövlətlərin diqqətinə çatdırır. Onun sözlərinə görə, təşkilatın 2019-cu ildə apardığı yoxlamalardan sonra Rusiyanın yuyulmaya qarşı mübarizə üçün yaratdığı sistem effektiv hesab edilib.

Onu da bildirək ki, Rusiyanın boz siyahıya salınması ehtimalı da var. Bu siyahıya salınan ölkələrin maliyyə əməliyyatları üzrə çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədli monitorinqlər həyata keçirilir. Hazırda boz siyahıda Albaniya, Barbados, Burkino Faso, Haiti, Nigeriya, Panama, BƏƏ, Suriya, Türkiyə, CAR və digər dövlətlər var. Lakin Ukrayna və onu dəstəkləyən ölkələr Rusiyanın qara siyahıya salınmasında təkid edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR