Onlayn ictimai-siyasi qəzet
Bəlkə də bu cür tarixlərdə toy etmək arzusunda olanlar çoxdur. Məsələn 24.04.2024 tarixində. Bu gün toy etmək istəyənlər bir neçə ay əvvəldən şadlıq saraylarına müraciət edərək adlarını siyahıya yazdırıblar. Hətta bəzi, şəxslər həmin tarixdə toy etmək üçün şadlıq evlərinə əlavə pul da təklif ediblər.
24.04.2024 rəqəmlərin bu cür düzülüşü bir çoxlarının diqqətini cəlb edir. Əlamətdar günlərinin məhz bu tarixdə keçirilməsini istəyənlər də kifayət qədər çoxdur. Xüsusi ilə toy mərasimlərini bu tarixdə keçirmək istəyənlər aylar əvvəldə şadlıq evlərində yer tutublar. Hətta bir çoxları toy mərasimini bu günə salmaq üçün əlavə ödəniş də etməyə hazır olduğunu deyib.
Referans.az paytaxda fəaliyyət göstərən bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb.
Şadlıq evlərindən inzibatçıların sözlərinə görə, bugünki tarixdə toy etmək üçün hətta 2 ay əvvəldən zəng vurub adını siyahıya yazdırmaq istəyənlər olub. Administratorlar dedilər ki, toy etmək istəyən şəxslər bu cür tarixlərin daha yadda qalan olduğu üçün həmin gündə şad günlərinin keçirirlər.
Eyni zamanda şadlıq evlərinin inzibatçıları bunu da əlavə ediblər ki, insanlar "zerkalni" tarixlə yanaşı öz doğum günlərinin olduğu tarixi də tez-tez şad günlərini keçirmək üçün uyğun zaman olaraq seçirlər.
“Xəzinə Palace” şadlıq sarayının administratoru Şahin Hacıyev Referans.az-a bildirdi ki, vətəndaşlar bu kimi tarixlərə xüsusi önəm verirlər:
“Bakıda şadlıq sarayı çox olduğu üçün insanlara bu tarix lazım olduğu halda çətin də olsa, hər hansı bir məkan tapa bilirlər. Məsələn 24.04.2024 bu tarix həftəsonuna təsadüf etsəydi o zaman ciddi şəkildə restoranlara axın olacaqdı. Çünki insanlar həftə içi toya az adamın gələcəyini düşünərək bu zamanlarda toy etməkdən çəkinirlər.”
İnzibatçının sözlərinə görə, "zerkalni" tarixlərlə yanaşı vətəndaşlar həm də öz doğum günlərində də toy etməyə üstünlük verirlər: “Bəzən bəyin atasının doğum günündə, bəzən bəyin özünün, bəzən anasının və s. kimi əlamətdar günlərdə toy etmək istəyən kifayət qədər müraciətlər olur.
“Golden Baku” şadlıq sarayının administratoru isə bildirib ki, toy etmək üçün müraciət edənlərin sayında bu tarixə önəm verənlər kifayət qədərdir: “Qiymət heç kimə fərq etmir, bəzən şadlıq sarayları bundan sui-istifadə edir və məbləği artırırlar, menyunu daha baha qiymətə təqdim edirlər. Bu düzgün deyil.
Belə ki, bu tarixə önəm verənlərin əksəriyyəti "zerkalni" tarixdə evlənənlərin bir ömür boyu xoşbəxt olacaqlarına inanır.
Məsələ ilə bağlı danışan ilahiyyatçı Hacı Təyyar Hüseynli Referans.az-a bildirib ki, hər bir insan üçün rəqəmlərin bir-birinə uyğun gəlməsi, cüt rəqəmlər olması və ya ümumiyyətlə, bu rəqəmlərlə bağlı insanların düşüncəsi fərqlidir:
"Bu rəqəmlərlə bağlı xüsusi elm var və bu işin içində mistika da var. Quranda rəqəmlərlə, riyaziyyat elmləri ilə və yaxud da bir çox insanı şoka salan bir hesablanmış dəqiq qanunauyğunluqlar var. Quranda toy üçün xüsusi şənlik və xüsusi əhəmiyyətli tədbirlər üçün xüsusi günlərin seçilməsi tövsiyə olunur. 24.04.2024 toy və ya hər hansısa şənlik üçün gözəl bir tarixdir. Bəzi insanlar bu tarixi gələcəkdə müsbət halların olacağı və ya cütlüklərin xoşbəxt olacağı kimi düşünür, amma bu tamamilə onların öz ixtiyarında olan bir məsələdir.
İlahiyyatçı qeyd edib ki, bəzi insanlar tarixin "zerkalni" və ya rəqəmlərin bir-birinə qafiyə yaratmasını müsbət qarşılayır və buna görə hərəkət edir. Onun Sözlərinə görə, bu hərkəsin öz seçimidir və buna görə heç kimi qınamaq olmaz.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ