Onlayn ictimai-siyasi qəzet
Bu həftə "Dolça ziyafəti" olacağını söyləyə biləcəyimiz bir tarix var. Bu tarix fevralın 17-dir. Fevralın 17-dən etibarən həyata baxışımız daha da dəyişə bilər.
Musavat.com bu barədə CNN Türk-ə istinadən xəbər verir.
Əlavə edilib ki, daha bir mühüm tarix 19 fevraldır. Bu tarixdə Günəş Balıq bürcünə keçəcək, amma "Dolça ziyafəti" də paralel olaraq fevralın 24-nə kimi davam edəcək. Fevralın 24-də isə "Bütöv Ay" hadisəsi baş verəcək.
Yazıda qeyd edilir ki, martın 25-i və aprelin 8-də biz ardıcıl olaraq tutulmalarla qarşılaşacağıq və bu, həyatımızı çox dəyişəcək.
Bəs "Dolça ziyafəti" astroloji baxımdan nə deməkdir?
"Qeyd edilən tarixdə bərabərlik və azadlıq ideyası hakim olacaq. Daha fərqli olacağıq, qəlibləri qıracağıq. Biz ilk növbədə daha cəsarətli və qorxmaz olacağıq. Lakin diqqətli olun, çünki üsyankar bir münasibət sərgiləyə bilərik. Bu müddət ərzində fərqli və bənzərsiz dostluqlar qura bilərik. Hər şeydən əvvəl əlaqələrdə həyəcan axtaracağıq. Öz üslubunu ortaya qoyan və fərq yaradan insanlar diqqətimizi daha çox çəkə bilər. Bu müddət ərzində heç kəsi mühakimə etməmək, heç kimi dəyişdirməyə çalışmamaq tövsiyə olunur. Bu günlərdə hər kəsin müstəqillik hissi güclü olacaq", - deyə məqalədə bildirilib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ