İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, tam xaosdur”- Zelenskidən rus dilində mesaj

“Bu gün dünya gördü ki, Rusiya liderləri heç nəyə nəzarət etmirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Rusiyada baş verənlərlə bağlı rus dilində müraciəti zamanı deyib.

Müraciətin bir hissəsində rus dilində danışan Zelenski, "Bu gün heç bir sükutun olmaması lazım olan bir zamandır. Bu gün dünya gördü ki, Rusiya liderləri heç nəyə nəzarət etmirlər. Bu, tam xaosdur”, - deyə Zelenski bildirib.

Rus quldurlarının, muzdlularının və oliqarxlarının Rusiya şəhərlərini ələ keçirmələrinin nə qədər asan olduğunu gördüyünü deyən Zelenski Qərb tərəfdaşlarını Ukraynanı dəstəkləməyə və kömək etməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR