İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, sülhməramlıların çıxmasının məntiqi davamıdır - İLGİNC AÇIQLAMA

“Sülhməramlıların Qarabağdan çıxarılmasının məntiqi davamı olaraq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlandı”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

asif.jpg (298 KB)

O əlavə edib ki, bölgədə separatizm mövcud olduğu dövrdə bu mərkəz faktiki heç nə edə bilmirdi:

“Rəsmi Bakı baş verən insidentlər haqda mərkəzi məlumatlandırmaqla, türk hərbçilərini prosesə qoşmağa çalışsa da, Rusiya sülhməramlıları onların arxa planda qalması üçün hər şeyi edirdi, əksər vaxt nail olurdu da. Lakin Monitorinq Mərkəzinin yaradılması və türk hərbçilərin orada olması, heç nə etməsələr belə Azərbaycanın əlini gücləndirən, sülhməramlıların öz missiyalarından kənar fəaliyyətinə qarşı müqavimətini artıran amil idi. İlham Əliyev məhz buna görə 10 noyabr razılaşmasına Monitorinq Mərkəzinin yaradılması və Türkiyə hərbçilərinin bölgəyə gətirilməsi məsələsini daxil etmişdi. Qarabağda əldə edilən nəticədə onların da müəyyən qədər payı var”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR