İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu su markası xərçəng yaradırmış

Dünyaca məşhur su markası olan "Fiji" şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və "bisfenol-A" maddəsi (BPA) olduğu iddia edilir.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb.

İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub.

"Fiji" şirkəti iddiaları qəti surətdə rədd edib:

"İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR