Onlayn ictimai-siyasi qəzet
Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı aktyor, bloqer Fuad İsgəndərov olub.
Keşlədə böyüməyin həyatına təsirindən danışan bloqer çəkdiyi videoların mövzusunun müşahidələri əsasında ortaya çıxdığını söyləyib:
"Bir dostum var. Hərdən onunla birlikdə yoldan keçən insanlara baxıb müşahidə aparırıq. Bəlkə də, bu gün izləyicilər tərəfindən sevilməyimin səbəbi müşahidə etməyimdir. Videolarımda göstərdiyim obrazların hamısı realda gördüyüm insanlardır".
Aktyor onu da qeyd edib ki, oğlu olsa, ona atasının - Əməkdar artist Rafael İsgəndərovun adını qoyacaq:
"Atama söz vermişəm ki, oğlumun adını Rafael qoyacağam. Hansı peşəni seçməyinə qarışmayacağam. Amma bu ölkəyə ikinci Rafaeli bəxş etmək istəyirəm".
F.İsgəndərov "Bu şəhərdə"ni davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da aydınlıq gətirib və bildirib ki, hələ bu barədə düşünməyib:
"Uşaq vaxtı mən və Coşqun Rəhimovun oğlu atalarımızla harasa gedəndə bizə gələcəyin "Bu şəhərdə"si deyirdilər. Mən onların cığırından gedirəm, amma Coşqun Rəhimovun oğlu başqa işlə məşğuldur", - deyə o söyləyib.
Ətraflı videoda:
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ