Onlayn ictimai-siyasi qəzet
“Bu satqının sevincinə baxın. AB Şurası rəhbəri Şarl Mişelə Arayik Arutyunyanın məktubunu verir. Üzünə diqqət yetirin – həzz alır”.
Bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan facebook səhifəsində paylaşım edib.
O, səhifəsində Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında ötən gün baş tutan görüşdən foto dərc edib və yazıb:
“Xankəndidə mitinqlərə çıxan soydaşlarımızın, bacı-qardaşlarımızın, onların övladlarının üzünü yadınıza salın və bu satqının sevincinə baxın…Görünür, onlar məktubu təhvil verərkən Arayik Arutyunyanı, eləcə də aclıqdan əziyyət çəkən soydaşlarımızı ələ salıblar” – deyə Şahnazaryan bildirib.
Xatırladaq ki, ötən gün AB Şurası rəhbəri Şarl Mişellə görüşən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni separatçı-terrorçularının rəhbəri Araik Arutyunyanın məktubunu ona təqdim edib./KONKRET.az
05 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ