İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonda yaşayanların DİQQƏTİNƏ! İçməli su... - RƏSMİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihə icra olunub. Layihə 27 yaşayış məntəqəsini əhatə edir və kəndlərdə ümumi uzunluğu 90 km olan daşıyıcı içməli su xətləri inşa edilib".

Musavat.com xəbər verir ki, bunu Azərsu ASC-nin sədr müavini İlqar Tağıyev Neftçalada jurnalistlərə açıqlamasında deyib.

Şirvan-Muğan qrup su kəməri barədə məlumat verən qurum rəsmisi qeyd edib ki, su kəməri 2012-2013-cü illərdə inşa edildib:

"107 km uzunluğunda olan kəmər Kür-Sutəmizləyici Qurğular Kompleksindən çəkilmiş Kür-Bakı magistral kəmərindən qidalanır. Kəmərin marşrutu boyu yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsi məqsədilə Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərində ümumi tutumu 50 min kubmetr olan su anbarları inşa olunub. Magistral kəmərdən Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, həmçinin kəmərin marşrutgu boyu yerləşən kəndlər içməli su ilə təmin olunur. Bu layihədən perspektivdə 470 min nəfər faydalanacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR