Onlayn ictimai-siyasi qəzet
Təmizlənmiş taxıllardan hazırlanmış irmik və digər dənli bitkilər şəkər səviyyəsində kəskin artıma səbəb ola bilər, buna görə də səhər onları yeməmək daha yaxşıdır.
Bunu tanınmış dietoloq Mariya Siroş deyib.
O bildirib ki, qarğıdalı, darı, ağ düyü, eləcə də hər hansı dənli bitkilərdən hazırlanmış sıyıqlar qan şəkəri səviyyəsində kəskin artımına səbəb olur.
“Daha sonra qan təyziqi o qədər tez düşür ki, bu da gün ərzində aclıq hisslərinə səbəb ola bilər.
Eyni səbəbdən səhər yeməyində yalnız meyvələr, xəmir məmulatları, şirin dənli bitkilər və şəkərli qatıqlar yemək olmaz.
Səhər yeməyində az yağ yemək zərərlidir, çünki bu, öd kisəsinin düzgün işləməsi üçün lazımdır. Həm öd kisəsinin işləməsi, həm də gün ərzində bağırsaq pozuntuları baxımından səhər yeməyini ümumiyyətlə yeməmək çox da faydalı deyil”, - deyə Siroş deyib.
Bundan əlavə o qeyd edib ki, ən sağlam sıyıqlar yulaf, qarabaşaq yarması və quinoadan hazırlanır:
“Onlar bağırsaqlar üçün faydalıdır, qida maddələri ilə zəngindir və uzun müddət aclığı aradan qaldırır.
Əvvəllər elm adamları şəkərin məhdudlaşdırılmasının diabet xəstələrində qlükoza səviyyəsini azaltmadığını, lakin başqa səbəbə görə faydalı olduğunu aşkar ediblər”./Demokrat.az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ