İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu proses neftin “belini qırır”

Çində elektrikli nəqliyyat vasitələrinin istifadəsi gözləniləndən qat-qat sürətlə genişlənir.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, bu, bütün qlobal enerji sənayesini vuracaq, çünki neftə tələbatı azaldır.

Agentliyin yazdığına görə, proses elə sürətlə gedir ki, Çində neftə azalan tələbat dünyanın digər bölgələri tərəfindən kompensasiya olunmayacaq həddə çatır.

“Reuters” yazır ki, Çində neftə tələbat gələn il pik həddə çatacaq və bundan sonra azalmağa başlayacaq.

Çinin neft emalı sənayesindəki mənbə agentliyə bildirib ki, elektrik avtomobillərinə tələbat “təəccüblü surətdə” artdığı üçün benzin və dizel “sönməkdədir”. Eyni zamanda neftin özünü mayeləşdirilmiş təbii qaz getdikcə daha çox əvəz edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR